Putin ermənini 1 milyonluq vilayətə baş prokuror qoydu...
Rusiya prezidenti Vladimir Putin Sergey Karapetyanın Smolensk vilayətinin baş prokuroru təyin olunması haqda sərəncam imzalayıb.
Moderator.az xəbər verir ki, Ermənistan və qondarma separatçı-terrorçu erməni rejiminin saytları bu haqda şadyanalıqla məlumat yayıb.
41 yaşlı S.Karapetyan bundan öncə Krasnoyarsk diyarının baş prokuror müavini işləyib.
Qeyd edək ki, Smolensk – Rusiya Federasiyasının mərkəzi və strateji vilayətlərindən biridir. Əhalisi 1 milyona yaxın, ərazisi isə 49779 kvadrat kilometr, yəni Azərbaycan Respublikasınıın yarısından böyükdür...
Sultan Laçın