Putin pensiyaya çıxdığını və iki yerdən təqaüd aldığını açıqladı

Putin pensiyaya çıxdığını və iki yerdən təqaüd aldığını açıqladı

Ötən il 70 yaşı tamam olan Rusiya Prezidenti Vladimir Putin yaşa görə pensiya almağa başlayıb.

Bu barədə Putinin özü 2024-cü il seçkilərində namizəd kimi qeydiyyatdan keçmək üçün Mərkəzi Seçki Komissiyasına təqdim etdiyi gəlir hesabatında məlumat verib.

Sənəddən belə çıxır ki, Putin iki pensiya alır. Onlardan biri hərbi təqaüddür (Rusiya prezidenti bunu 2018-ci ildə dördüncü müddətə namizədliyini irəli sürərkən verdiyi bəyannamədə qeyd edib).

Bəyannamədə Putinin pensiyasının məbləği göstərilməyib.

Xatırladaq ki, Rusiya MSK bundan əvvəl Putinin əmlakı və gəlirləri barədə məlumat yayıb. (oxu.az)


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az