Putin Təhlükəsizlik Şurasında-Qarabağdan danışdı

Putin Təhlükəsizlik Şurasında-Qarabağdan danışdı

Rusiya Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə edib.

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə növbəti Rusiya- ASEAN (Cənub-Şərqi Asiya ölkələri təşkilatı) sammitini, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını, eləcə də ölkədaxili məsələləri müzakirə edib.
 
Miq.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov məlumat verib.

"İclas iştirakçıları mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən görüşü və Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlik fikir mübadiləsi aparıblar”, - deyə Peskov söyləyib.

Xatırladaq ki, toplantıda Kreml administrasiyasının rəhbəri Sergey İvanov, Dövlət Dumasının spikeri Sergey Narışkin, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və onun müavini Rəşid Nurqaliyev, daxili işlər naziri Vladimir Kolokolçev, müdafi naziri Sergey Şoyqu iştirak edib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az