Putin yeni iqamətgah tikdirir: Ukraynadan daha uzaq…

Putin yeni iqamətgah tikdirir: Ukraynadan daha uzaq…
Rusiya Prezidenti Vladimir Putin Soçidəki "Boçarev ruçey” iqamətgahında dincəlməkdən imtina edib.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Kremlə yaxın Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, təhlükəsizlik məsələləri səbəbindən Putin yaxın gələcəkdə bu iqamətgaha baş çəkməyi planlaşdırmır.

"Neft sızması ona rahatlıq vermir. Prezident sağlamlığını riskə atmaq əvəzinə, yaxşı istirahət etmək istəyir. Amma əsas təhlükə düşmənin hücumlarıdır. Soçiyə və bütövlükdə Krasnodar diyarına dəfələrlə PUA zərbələri endirilib”, - məlumatda qeyd olunub.

Bildirilib ki, Vladimir Putinin yeni iqamətgah inşa etdirmək istəyir:

"Lakin bu iqamətgah düşmən sərhədlərindən daha uzaqda olmalıdır. İqamətgahın dəqiq yer və tikinti müddəti hələ açıqlanmayıb”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az