Putindən ABŞ-ın sanksiya siyahısına MÜNASİBƏT: "İt hürər, karvan keçər"

Putindən ABŞ-ın sanksiya siyahısına MÜNASİBƏT:
"Rusiya daxili məsələlərlə məşğul olmalıdır. İt hürər, karvan keçər".

"Report" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Qonaq Evində keçirdiyi görüşdə ABŞ-ın Maliyyə Nazirliyi tərəfindən hazırlanan və Konqresə təqdim olunan "Kreml siyahısı"na münasibət bildirərkən deyib.
O, Rusiya rəsmiləri və oliqarxlarını bu siyahıya əhəmiyyət verməməyə çağırıb: "Biz belə şeyləri yox, özümüzü, iqtisadiyyat və kənd təsərrüfatımızı, səhiyyəmizi, müdafiə qabiliyyətimizi düşünməliyik".
V.Putin özünün adının "Kreml siyahısı"na düşməməsinə zarafatla münasibət bildirib: "Bu çox üzücüdür".
Xatırladaq ki, ABŞ-ın Maliyyə Nazirliyinin Konqersə təqdim etdiyi "Kreml məruzəsi”ndə Rusiyanın 114 yüksək vəzifəli məmurunun, dövlət şirkəti rəhbərlərinin və 96 oliqarxın adı var.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az