Putinə qarşı terror aktı ola bilər - General

Putinə qarşı terror aktı ola bilər - General

Rusiyanın Prezidenti Vladimir Putin zərərsizləşdirmək üçün terror aktı təşkil edilə bilər.

Axar.az xəbər verir ki, bunu Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri general Mikola Malomuj deyib.

"Gələcəkdə Rusiya prezidentinə sui-qəsd ehtimalı varmı? Məncə, var, çünki Putinin ətrafının çoxu onun çox uzağa getdiyini və burda heç bir perspektivin olmadığını başa düşürlər. Federal Təhlükəsizlik Xidmətinin və Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbərliyi Ukraynadakı müharibədə iştirak edir, faktiki olaraq hərbi cinayətlər törədirlər və Rusiya lideri ilə bərabər məsuliyyətə cəlb olunacaqlar”, - o bildirib.

Malomuj qeyd edib ki, bir qrup şəxs prezidenti zərərsizləşdirmək üçün terror aktı törədə bilər.

"Terror aktı bir qrup şəxs tərəfindən törədilə bilər. Açıq-aşkar itki olduqda, Putin zəiflədikdə, müvafiq olaraq, vəziyyətdən real çıxış yolları axtaran bir qrup şəxs hansısa formada özlərinə haqq qazandıracaqlar. Məsələn, Putini zərərsizləşdirməklə. Bu, əsl terror aktı ola bilər”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az