“Putinin aşpazı”ndan şok iddia: “Məni qaçırmaq istədilər...”

“Putinin aşpazı”ndan şok iddia: “Məni qaçırmaq istədilər...”

İş adamı Yevgeni Priqojin ABŞ vətəndaşları tərəfindən qaçırılmağa cəhd iddiası ilə Rusiya İstintaq Komitəsinə müraciət edib.

Miq.Az xəbər verir ki, bu barədə iş adamına məxsus "Konkord” şirkətinin mətbuat xidməti məlumat yayıb.

"Yevgeni Viktoroviç Priqojin ABŞ vətəndaşları ibarət mütəşəkkil cinayətkar qrup tərəfindən qaçırılmağa cəhdlə əlaqədar Rusiya İstintaq Komitəsinə müraciət edib”, - açıqlamada qeyd edilib.

Qeyd edək ki, "Putinin aşpazı” adıyla tanınan Priqojin "Vaqner” silahlı qruplaşmasının lideridir.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az