“Putinin təklifi qəbul edilməsə, qiyamət qopacaq” – Şok iddia

“Putinin təklifi qəbul edilməsə, qiyamət qopacaq” – Şok iddia

Rusiyanın Ukraynaya hücumu illərdir davam edən gərginliyi silahlı qarşıdurmaya çevirdi. Bundan sonra Qərbin "sanksiya yağışı”na tutulan Rusiya qarşı tərəfi təbii qaz və elektrik enerjisini kəsməklə hədələməyə başlayıb.

Miq.Az Teleqraf.com-a istinadən xəbər verir ki, Serbiya Prezidenti Aleksandar Vuçiç baş verənlər səbəbindən bu qarşıdurmanın regional müharibə kimi səciyyələndirilməsinin əleyhinədir.

Vuçiçin iddiasına görə, Qərb Kiyevdəki tərəfdarlarının vasitəsilə Rusiya ilə müharibə aparır.

"Dünya müharibəsinin ortasındayıq. Ona görə də bunun regional və ya yerli müharibə olduğuna dair bütün fikirlərdən imtina edilməlidir. Başa düşməliyik ki, bütün Qərb dünyası ukraynalılar vasitəsilə Rusiyaya qarşı mübarizə aparır. Bu, qlobal müharibədir”, - Serbiya lideri deyib.

Onu ən çox narahat edən məsələnin davam edən bu qlobal müharibə olduğunu bildirən Vuçiç vəziyyətin daha da pisləşəcəyini proqnozlaşdırdığını vurğulayıb.

Ukraynadakı müharibənin Balkana zərər verdiyini söyləyən Vuçiç Serbiyanın bölgədə sülhün qorunması üçün əlindən gələni edəcəyini qeyd edib.

Vuçiç həmçinin hesab edir ki, Rusiya Ukraynanın şərqində bir qədər də mövqe tutduqdan sonra Prezident Vladimir Putin Qərbə qəti təkliflə yanaşacaq:

"Bizi nə gözlədiyini bilirəm. Vladimir Putin Seversk, Baxmut və Soledarda işini bitirən kimi, ikinci xəttə - Slavyansk-Kramatorsk-Avdeyevkaya çatdıqdan sonra təkliflə gələcək. Əgər Qərb bunu qəbul etməsə, qiyamət qopacaq”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az