Putinlə Ərdoğan S-400-dən danışacaq?

Putinlə Ərdoğan S-400-dən danışacaq?
İki liderin görüşü mayda olacaq

Türkiyə və Rusiya prezidentlərinin may ayında Soçidə keçiriləcək görüşündə S-400 raket kompleksinin alışı ilə bağlı məsələ də müzakirə edilə bilər. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, bunu müdafiə naziri Fikri İşık deyib. 
"Biz tərəfdən bundan sonrakı danışıqlarda əsas məsələ iki liderin müəyyən kritik məsələlərdə anlaşmasıdır".
Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın görüşünün may ayının 3-də keçirilməsi planlaşdırılır. 
Jurnalistlərin "bu görüşdən sonra S-400-lərlə bağlı son qərar verilə bilərmi?" sualına cavabında nazir hər şeyin görüşün nəticəsindən asılı olduğunu deyib və detalları açıqlamayıb.  
Qeyd edək ki, NATO raket zenit sisteminin alınması məsələsinə mənfi münasibət bəsləyir. Daha öncə də NATO standartlarına uyğunluq səbəbi ilə müdafiə sənayesi sahəsində Rusiya ilə bəzi alış razılaşmaları həyata keçirilə bilməmişdi.
Türkiyə S-400 hava hücumundan müadafiə sistemləri ilə hələ 2009-cu ildən maraqlanmağa başlayıb. Lakin o zaman əməkdaşlıq dayandırılıb. 
Ötən ilin noyabrında Suriya ilə sərhəddə baş verən "Su-24" insidenti iki ölkə arasında münasibətləri kəskin pozmuşdu. Türkiyənin Rusiyaya məxsus qırıcını vurmasından sonra Ankara S-400-ün anloqu hesab edilən, Fransa-İtaliya birgə istehsalı olan SAMP-1 zenit raket sistemi almaq niyyətində olduğunu açıqlayıb. Lakin bununla bağlı razılıq əldə edilməyib. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az