Putinlə Sərkisyan görüşdü

Putinlə Sərkisyan görüşdü
Sankt-Peterburqda Rusiya və Ermənistan prezidentlərinin görüşü olub.
 
APA-nın verdiyi məlumata görə, görüşdə Ermənistan Prezidenti Serj Sərkisyan bildirib ki, atəşkəsin pozulması hallarının araşdırılması mexanizminin yaradılması Dağlıq Qarabağ danışıqlarının aparılması üçün yaxşı zəmin yaradacaq.
 
"İstəyirik ki, Dağlıq Qarabağ problemi yalnız sülh yolu ilə həll olunsun”, - o vurğlayıb.
 
S. Sərkisyan təəssüflə qeyd edib ki, bu cür münaqişələr bir tərəfin arzusu ilə həll olunmur.
 
"Əgər artıq əldə etdiyimiz anlaşmaların implementasiyası üzrə irəliləsəydik, yəni insidentlərin araşdırılması mexanizmlərini yarada bilsəydik, sevinərdik. Bu, danışıqların aparılması üçün işgüzar əhval-ruhiyyə yaradardı”.
 
Öz növbəsində Putin bütün bu məsələləri müzakirə etməyə razılıq verib.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az