Qadının ayaqlarını kəndir, ağzını "skoç"la bağladılar, sonra isə... - Şəmkirdə şok olay

Qadının ayaqlarını kəndir, ağzını
Şəmkir rayonunda yaşayış evlərindən birinə basqın olub.

Teleqraf.com xəbər verir ki, mayın 20-də rayon ərazisindəki evlərdən birinə girən şəxslər ev sahibəsinin əl və ayaqlarını kəndir, yapışqanlı lentlə bağlayıblar.
Onlar evdən 3000 rubl, mobil telefon və 3000 manat dəyərində qızıl-zinət əşyalarını aparıblar.
Şəmkir rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Samux rayon sakinləri V.Şəfiyev və əvvəllər Rusiya Federasiyası Cinayət Məcəlləsinin 161-ci (soyğunçuluq) maddəsi ilə məhkum olunmuş Y.Kazımov saxlanılıblar.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az