Qadınları təhqir edən gömrük zabiti -İŞDƏN QOVULDU +VİDEO

Qadınları təhqir edən gömrük zabiti -İŞDƏN QOVULDU +VİDEO

Sərhəd keçid məntəqəsində qadınları təhqir edən gömrük işçisi işdən qovulub

Gömrük postlarından birində ölkədə gələn Azərbaycan vətəndaşlarına qarşı kobudluq edən, qadın-kişi demədən onları söyən və bağlamalarını alıb yerə tullayan gömrük zabiti işdən qovulub.

Bu barədə virtualaz.org-a Dövlət Gömrük Xidmətinin mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, həmin gömrük zabitinin sərhəd-gömrük keçid məntəqəsində vətəndaşlarla necə davrandığına dair videokadrlar sosial şəbəkələrdə yayılıb. Kadrlara əsasən həmin zabit İrandan qayıdan vətəndaşlarla heç bir əsas olmadan kobud davranır, onların bağlamalarını alıb yerə atır, özlərini söyür. O, əl çantasını gömrük baxışı üçün təqdim etməyə çalışan qadını əliylə hədələyib deyir: "Kor sənsən. Mənim beynimdə 24 milyon şey var…rüşeym, hüceyrə var, sən həmişə də gedibsən..”
Bu videorolik sosial şəbəkələrdə kəskin tənqidlərə səbəb olub. Dövlət Gömrük Xidmətinin mətbuat xidməti geniş rezonansa səbəb olmuş bu kadrlarla bağlı bildirib ki, həmin əməkdaş Azərbaycanın Gürcüstanla sərhədindəki "Sınıq Körpü” gömrük məntəqəsinin əməkdaşı Kamal Hüseyn oğlu Nəzərovdur. Və o, artıq vəzifədən azad edilib və gömrük orqanlarından xaric olunub.
[video=http:// ]
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az