"Qanad çıxardıb, uçaq" - Daha bir deputatdan "AZAL"la bağlı ŞİKAYƏT


Milli Məclisin bu gün keçirilənm iclasında çıxış edən deputat Tahir Kərimli aviabiletlərin qiymətlərinin çox yüksək olmasından şikayət edib.

"Unikal" xəbər verir ki, deputat region ölkələri ilə müqayisədə Azərbaycanda qiymətlərin  bir neçə dəfə artıq olduğunu bildirib.

"Naxçıvana biletlərin qiyməti artdı. Yanacağın dövlət verir, hər şeyi dövlət verir, lakin qiymətlər arta-arta gedir. Kimsə region ölkələri müqayisədə qiymətlərin niyə belə yüksək olmasını izah etmir. Bu yaxınlarda mən bir yoldaşla "Buta” ilə xaricə uçurdum. Bizi yanaşı otuzdurmaq üçün 5-6 manat aldılar, təyyarənin quyruğunda otuzdurlar. İndi ər-arvad gedəndə onlar yanaşı otuzdurmaq üçün pul alacaqlar? Söz deyəndə deyirlər ki, kommersiyadır. İstəmirsən, başqa şirkətlə uça bilərsən. Haradan uçaq? Qanad çıxardıb, qanadla uçaq. Bizim başqa şirkətimiz var? Bu nə bibarçılıqdır? Gəlir götürmək üçün belə şeylər etmək olmaz. Baxsınlar dünyaya, regiona, xalqın şəraitinə”, - deyə deputat qeyd edib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az