“Qanlı ssenari işə düşə bilər” – Ermənistana qorxunc xəbərdarlıq

“Qanlı ssenari işə düşə bilər” – Ermənistana qorxunc xəbərdarlıq

"Ermənistandakı mövcud vəziyyət qanlı ssenarilin işə düşməsinə yol aça bilər, buna imkan verməməliyik”.

Miq.Az xəbər verir ki, Ermənistanın "Milli Gündəm” partiyasının rəsmisi Ara Akopyan deyib.

Akopyana görə, Ermənistandakı mövcud vəziyyət dövlətçiliyi günbəgün məhvə aparır, bu davamlı olarsa, nəticələri ağır ola bilər:

"Ermənistan dövlətçiliyini gündən-günə itirir, ölkədə bunun qarşısını ala biləcək hakimiyyət yoxdur. Müxalifətin baş verən proseslərə münasibətinə gəldikdə, hələlik həqiqi milli azadlıq mübarizəsi təşkil etmək hələ mümkün olmayıb. Hər halda, vətəndaşlar təslim olmamalıdır. Qanlı ssenariyə alternativ erkən seçkilərdir, bu, ancaq Ermənistan Baş naziri Nikol Paşinyan istefasından sonra baş verə bilər”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az