Qanunsuz abort edənləri 2 illik həbs cəzası gözləyir

Qanunsuz abort edənləri 2 illik həbs cəzası gözləyir
Azərbaycanda qanunsuz abort etməyə görə yeni cəza növü tətbiq ediləcək.

Miq.az Report-a istinadən xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik edilir.
Məcəllənin 196.3-cü (Qanunsuz abort etmə) maddəsinə əsasən, həkim tərəfindən tibb müəssisələrindən kənarda və xüsusi ali tibbi təhsili olmayan şəxs tərəfindən abort etməklə zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurulduqda 2 min manatdan 3 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 1 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Dəyişikliklə yeni cəza növü olaraq, maddənin sanksiyasına 2 ilədək azadlığın məhdudlaşdırılması əlavə olunur. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az