Qarabağ düyünü: nazirimiz Lavrovla nədən danışacaq?
"Düşünürəm ki, danışıqlar üçün yeni bir təkan ola bilər”
Bu sözləri Politika.Az-a deputat Rasim Musabəyov Xarici İşlər naziri Elmar Məmmədyarovun Moskvaya səfəri barəsində danışarkən deyib.
Onun sözlərinə görə, danışıqlara yenidən başlamaq üçün bu görüşün nəticəsi ola bilər:
"Danışıqlara təkan verilsə, bu, özü-özlüyündə irəliləyiş olar. Bir neçə gün bundan qabaq Ermənistanın xarici İşlər naziri Edvard Nalbandyan Moskvaya getmişdi.
Lavrovla görüşdə Dağlıq Qarabağ məsələsi müzakirə olunub. Düşünürəm ki, danışıqlar üçün yeni bir təkan ola bilər. Ancaq hələlik danışıqlar olmadığı üçün hansı nəticəni gözləmək olar?”.
Politika.Az xatırladır ki, bugün Xarici İşlər naziri Elmar Məmmədyarov Rusiya tərəfinin təşəbbüsü əsasında Moskvaya işgüzarsəfərə yola düşüb. Səfər tarixi Rusiya tərəfi ilə əvvəlcədən razılaşdırılıb.
E.Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrov ilə görüşəcək. Görüşdə Azərbaycan və Ermənistan prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində aparılan danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri müzakirə olunacaq.
Miq.az