“Qarabağ məsələsində istisnasız hər zaman yanınızdayıq” – Pakistan prezidenti

“Qarabağ məsələsində istisnasız hər zaman yanınızdayıq” – Pakistan prezidenti

Pakistan prezidenti Məmnun Hüseyn və Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələri üzrə birgə layihələrin daha tez reallaşmasının zəruriliyi barədə razılığa gəlib

Bu barədə Pakistan mediası məlumat verir.

Prezidentin sözlərinə görə, Pakistan ümumi tarixi, mədəni, dini və digər dəyərlərə malik Azərbaycanla qardaşlıq əlaqələrinə böyük önəm verir.

O, həmçinin qeyd edib ki, Pakistan Dağlıq Qarabağ məsələsi ilə bağlı bundan sonra Azərbaycanın mövqeyini dəstəkləyəcək.
İki ölkə arasında müdafiə sahəsində əlaqələrin möhkəmlənməsindən razılığını bildirən Pakistan prezidenti ticarət əlaqələrinin də genişlənməsinin zəruriliyini vurğulayıb.
Yaqub Eyyubov, öz növbəsində, Azərbaycanın Pakistanla müxtəli sektorlarda birgə müəssisələr yaratmaq niyyətində olduğunu deyib.

Miq.az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az