Qarabağ münaqişəsinin hərbi həlli yoxdur-Wallström
İsveç Dağlıq Qarabağ münaqişəsinin həllini ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi ilə sülh danışıqları formatında görür, Yerevanda Ermənistan XİN rəhbəri ilə birgə mətbuat konfransında İsveç xarici işlər naziri Margot Wallström bəyan edib.
"Cənab Nalbandyanla Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik, və bu, problemi sizin nə cür qavradığınızı anlamaq üçün yaxşı imkan oldu. Münaqişənin hərbi həlli yoxdur və gərginliyin çözülməsi üçün münaqişə tərəfləri əllərindən gələni etməlidirlər”, - xanım Wallström deyib.
Onun sözlərinə görə, Stokholm səylərini proqramın davam etdirilməsinə yönəltmək niyyətindədir. O, Ermənistanın Avropa İttifaqı ilə "çərçivə razılaşması” üzrə yenidən (iki ay öncə) danışıqlara başlamasını alğışlayıb.
Lakin xanım Wallström xatırladıb ki, Avropa İttifaqı proqrama qatılan ölkələrə onların demokratik islahatlar istiqamətində səylərinə uyğun olaraq ”fərdi münasibət” göstərəcək.
Keçmiş Sovet respublikaları Azərbaycan, Belorus, Gürcüstan, Moldova, Ukrayna ilə Ermənistan Şərq Tərəfdaşlığı proqramına qatılmışdı, lakin 4 ilə yaxın uğurlu danışıqlardan sonra, Ermənistan 2013-cü ildə Rusiyanın təşəbbüsü ilə yaradılmış Gömrük İttifaqına daxil olmaq istədiyini bəyan edib, Avropa İttifaqı ilə əməkdaşlıq haqqında sənədi imzalamaqdan imtina etmişdi. olan Margot Wallström "erməni soyqırımı” xatirə kompleksinə baş çəkib, "TUMO” müasir texnologiyalar mərkəzində olub və Ermənistan prezidenti Serj Sarkisyanla görüşü nəzərdə tutulur.
Ermənistan xarici işlər naziri isə münaqişənin tənzimlənməsi prosesində status-kvo vəziyyətin qorunmasında Azərbaycanı günahlandırıb. Rəsmi Bakı isə öz bəyanatlarında Ermənistanı Azərbaycan torpaqlarını işğal altında saxlamaqda günahlandırır.
Edvard Nalbandyan Bakıdan vaxtaşırı səslənən bəyanatların "beynəlxalq ünsiyyət ruhuna zidd” olduğunu bildirib.
Margot Wallström İsveçin Şərq Tərəfdaşlığı proqramına yardım göstərməyə hazır olduğuna da bildirib.
Miq.az