Qarabağ probleminin həllində Türkiyə vacib addım atdı

Qarabağ probleminin həllində Türkiyə vacib addım atdı

Xarici İşlər Nazirliyi bəyanat verdi

Türkiyə qondarma "Dağlıq Qarabağ Respublikasın”da  fevralın 20-da keçirilməsi planlaşdırılan "referendum”u tanımadığını bəyan edib. Miq.Az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 25 ildir ki, Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ bölgəsində keçirilməsi planlaşdırılan "referendum” beynəlxalq hüququn, BMT Təhlükəsizlik Şurasının qərarlarının,  ATƏT prinsiplərinin açıq pozulması deməkdir. Bu və buna bənzər tədbirlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair səylərə də zərər verir.

"Ölkəmiz Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün növbəti dəfə pozulmasına yönəlmiş bu hadisəni qınayır. Qeyri-qanuni olan bu "referendum” və nəticələri Türkiyə tərəfindən tanınmayacaq”- deyə bəyanatda bildirilir.

Açıqlamada o da qeyd olunub ki, Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlığa ən böyük maneə olmaqda davam edir: "2016-cı ilin aprel ayında Dağlıq Qarabağdakı təmas xəttində və Azərbaycan-Ermənistan sərhədinin bəzi hissələrində yaşanan insidentlər status-kvonun davam etdirilməsinin mümkünsüzlüyünü, münaqişənin tezliklə sülh yolu ilə həllini tapmasını labüd edir. ATƏT-in Minsk qrupunun üzvü olan Türkiyə Dağlıq Qarabağ münaqişəsinin ədalətli və davamlı həlli ilə bağlı səyləri dəstəkləməyə davam edəcək”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az