Qarabağda biləyimizi bükə bilməyənlər... - Yalçın

Qarabağda biləyimizi bükə bilməyənlər... - Yalçın

Qarabağda Türkiyənin biləyini bükə bilməyənlər iqtisadi sahədə vurmağa çalışır.

Miq.Az xəbər verir ki, bunu "A Haber”ə açıqlamasında türkiyəli jurnalist Həsən Bəsri Yalçın deyib.

O bildirib ki, Türkiyə iqtisadiyyatının xaricdən müdaxilələrdən qorunması üçün addımlar atılmalıdır:

"Bu, asan iş deyil. Türkiyə tarixində hər zaman bu problem olub. Müəyyən vaxt ərzində bu problemin aradan qaldırılması Türkiyənin təhlükəsizliyi üçün də mühüm addım olardı. Çünki Suriyada, Qarabağda, Şərqi Aralıqda Türkiyənin biləyini bükə bilməyənlər iqtisadi sahədə vurmağa çalışır. Bu fürsəti onların əlindən almağımız vacibdir”.

Qeyd edək ki, son günlər türk lirəsi kəskin dəyər itirib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az