Qarabağda ermənilərə ən böyük zərbə

Qarabağda ermənilərə ən böyük zərbə
"Ermənistanın primitiv silahlarını yerlə-yeksan etdik”

Son günlər Rusiya mətbuatında Kremlin Ermənistana verdiyi modern silahlar barədə geniş materiallar dərc olunur.

İstiPress-in məlumatına görə, belə materiallardan biri son günlərdə Deonid Nesisyan adlı müəllif tərəfindən yazılıb və Rusiyanın 200 milyon dollarlıq kredit çərçivəsində Ermənistan ordusuna 300 ədəd daşınan bilən zenit raket kompleksi (DBZRK) verilməsindən bəhs edir.
Məqalə müəlifi açıq şəkildə bildirir ki, həmin DBZRK-lar Dağlıq Qarabağa aparılacaq və Azərbaycan ordusuna qarşı döyüşlərlə istifadə ediləcək. Nersisyanın fikrincə, bu DBZRK-lar da 200 milyon dollarlıq kredit çərçivəsində verilmiş "Smerç” reaktiv yaylım atəşi sistemləri, TOS-1A "Solnsepyok” atəş açan sistemlər, "İskəndər” raket kompleksləri kimi çox vacib və modern silahlardır. Onun sözlərinə görə, indən belə hər bir rotada 1-2 ədəd bu cür DBZRK-lar olacaq ki, bu da Azərbaycan ordusunun hücumda helikopterlərdən istifadəsini dayandıracaq.

Yəni rus KİV-i açıq şəkildə Rusiyanın Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş bir orduya ucuz daxili qiymətlərlə silah verdiyini və həmin silahlar işğal faktının qorunmasına dəstək verəcəyini yazır. Və son günlərdə Rusiya mətbuatında bu cür məqalələr ardıcıllıqla dərc olunur. Qəribə məntiqdir, regionun ən güclü dövləti, yəni Rusiya öz strateji tərəfdaşının, yəni Azərbaycanın ərazinin 20 faizinin Ermənistan ordusunun işğal altında saxlanmasına dəstək verir, yəni Helsinki prinsiplərinin pozulmasında iştirak edərək və bununla Ermənistanın cinayət ortağına çevrilir. Rus mətbuatı da çəkinmədən bunu təbliğ edir.
Qeyd edək ki, dünyanın əksər güclü dövlətlərində bu cür hallar baş verərsə, həddindən məxfi saxlanır, çünki bu cür hallara yol vermiş məmurlar istənilən vaxt beynəlxalq məhkəməyə verilə bilərlər. Yəni ermənipərəst rus mətbuatının bu həyasız şousu belə nüansları da qulaq ardına vurur. Rus KİV-ləri həm də münaqişənin tarixini unutdurmağa çalışır və populist təfəkkürlü rus oxucularına Qarabağın Azərbaycanın hquqi ərazisi olması, 25 il qabaq 90 min ermənini bəhanə edən Ermənistan ordusunun işğalı nəticəsində 1 milyona yaxın etnik azərbaycanlının qaçqın düşməsi faktlarını gizlədirlər.      
Azərbaycan Müdafiə Nazirliyinin keçmiş əməkdaşı, polkovnik-leytenant Üzeyir Cəfərov İstiPress-ə müsahibəsində ermənipərəst rus KİV-lərinin həyasızlığını Ermənistanda daxili durumu düzəltmək cəhdi kimi dəyərləndirib:

"Son günlərdə Azərbaycan ordusu erməni təxribatını zərərsizləşdirən zaman 6 erməni əsgərinin həlak olması Ermənistanda əhval-ruhiyyəni çox öldürüb, ordunun gücünə inam çox azalıb. Yəni vəziyyət aprel döyüşlərindən sonrakı günlərə bənzəyir. Aprel döyüşlərindən sonra erməniləri sakitləşdirmək üçün ortaya "İskəndər” raketlərini atdılar. İndi isə daşınan bilən zenit raket komplekslərini qabardırlar”.
Üzeyir Cəfərov bu raketlərin elə də modern silah olmadığını bildirir: «Bu ZRK-lar Suriya və İraq yaraqlılarının istifadə etdikləri silahlar səviyyəsindədir. Azərbaycan isə qat-qat güclü İsrail ZRK-larına malikdir. Aprel  döyüşlərində Azərbaycan ordusu bu ZRK-larla böyük uğur qazandı. Ermənistanın primitiv silahlarını yerlə-yeksan etdik».
Hərbi ekspertin fikrincə, Rusiya və digər ölklərin Azərbaycan torpaqlarını işğal etmiş Ermənistana silah  satması beynəlxalq qanunların pozulmasıdır: "Azərbaycan diplomatiyası bu məsələni həmişə diqqətdə saxlamalıdır. Məsələn, bu yaxınlarda ABŞ-ın Ermənistana müasir sərhəd nəzarəti silahları satması da beynəlxalq qanunların pozulması demək idi. Azərbacan diplomatiyası həm ABŞ-a, həm də Rusiyaya bununla bağlı etirazını bildirməlidir”.
Qeyd edək ki, Ermənistan bu məsələdə suçlu olmasına baxmayaraq, işğalçı olması BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi ilə təsdiq olunsa da mütəmadi olaraq Rusiyadan Azərbaycana silah satmasını dayandırmağı tələb edir. Hətta erməni ekspert Ruben Meqrabyan  məsələ ilə bağlı bu günlərdə İrəvanda çıxış elərək Rusiya ilə ultimatum dilində danışmağı tələb edib.
Üzeyir Cəfərovun fikrincə, Azərbaycan həm diplomatik müstəvidə, həm də hərbi sahədə qəti addımlar atmalıdır: "Bir neçə ay öncə "Osa” ZRK-ın vurduğumuz kimi, Qarabağ ərazisinə gətirilmiş və qoşunların təmas xəttinə yaxın yerləşən istənilən ZRK məhv edilməlidir. Bizim hərbi gücümüz yetərincə olarsa, Rusiyanın və ya başqa ölkələrin dəstəyinin Ermənistana elə bir faydası ola bilməz”. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az