Qarabağda ilk pravoslav kilsəsi tikildi: Bakının icazəsi varmı?

Qarabağda ilk pravoslav kilsəsi tikildi: Bakının icazəsi varmı?

Xankəndi yaxınlığındakı hərbi şəhərciyin ərazisində ilk pravoslav kilsəsi açılıb.

Axar.az xəbər verir ki, açılış mərasimində Cənub Hərbi Dairəsinin komandanının müavini general-leytenant Rüstəm Muradov və Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri Gennadi Anaşkin iştirak ediblər.

"Təəssüf ki, Qarabağda heç bir rus kilsəsi salamat qalmayıb. Sovet hakimiyyəti illərində hamısı bolşeviklər tərəfindən dağıdılıb və buna görə də İsanın mövludu şərəfinə ucaldılan Rus Pravoslav Kilsəsi dini, tarixi əhəmiyyət kəsb edir", - "Xankəndi rus icmasının sədri” Aleksandr Bodrov deyib.

Qeyd edək ki, Xankəndidə rus icmasının olması olduqca qəribə məlumatdır. Eyni zamanda, bu kilsənin kimin tabeliyində olacağı və rəsmi Bakının tikinti ilə bağlı icazəsinin olub-olmadığı barədə məlumat yoxdur.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az