Qarabağda seçki məntəqələri tam bərpa edilə bilər

Qarabağda seçki məntəqələri tam bərpa edilə bilər
Azad edilmiş ərazilərdəki seçki məntəqələri tam bərpa edilə bilər.

Modern.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bugünkü iclasında deyib.

Onun sözlərinə görə, Qarabağa qayıdan seçicilərin qeydiyyatı ilə bağlı heç bir problem olmamasına çalışmaq lazımdır:

"Seçki məntəqələri ilə bağlı daimi ünvan verilməsi nəzarətdə saxlanmalıdır. Qarabağa köçən sakinlərin sayı siyahıda səhvlik etməyimizə əsas vermir. Biz azad olunmuş ərazilərə köçən şəxslərin adınən həm buradakı, həm də oradakı siyahıda olmamasına çalışmalıyıq. Çünki həmin ərazilərdə seçki məntəqələrini də tam bərpa edə bilərik".


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az