Qarabağda yeni TOQQUŞMALARIN ANONSU -Verilən yeni mesajlar

Qarabağda yeni TOQQUŞMALARIN ANONSU -Verilən yeni mesajlar

"Ermənistan prezidenti Serj Sarkisyanın "Dağlıq Qarabağ xalqının yerinə heç kim qərar verə bilməz" bağlı açıqlaması, ondan iki gün əvvəl Lavrovun məlum açıqlamasında detallar, iki ölkənin Dağlıq Qarabağ münaqişəsində ortaq mövqeyidir. Bu kimi bəyanatlar, münaqişənin həlli prosesini uzatmaqda və müharibənin  başlanmasını şərtləndirir." 

Bu açıqlamanı Miq.az saytına politoloq Məhəmməd Əsədullazadə deyib. 

"Hərbi şəhərciyin açılışında Sarkisyanın və Lavrovun  açıqlamalarına dövlət başçısı İlham Əliyevin sərt reaksiyası göstərir ki, Rusiya ilə aparılan danışıqlarda da  hər hansı bir nəticə əldə olunmayıb və danışıqlar prosesi dalana dirənib.  Hərbi hissədə  Ermənistan rəhbərliyinə verilən mesajlar, yeni toqquşmaların anonsu ola bilər. Qeyd edim ki,  qarşılıqlı iddiham və emosional bəyanatlar, cəbhədə ümumi vəziyyəti gərginləşdirməkdə və istənilən vaxt atəşin bərpa olunmasına aparır"-deyə  Miq.az -a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib.
 
Monitorinq qrupunun üzvləri içərisində Ermənistana informasiya ötürən şəxslərin olmasını iddia edən politoloq qeyd etdi ki,  cəbhədə ATƏT-in keçirdiyi monitorinq qrupunun  müşahidəsi, Ermənistanın maraqlarına cavab verir, status-kvonun qorunmasına  hesablanıb. Hesab edirəm ki, Azərbaycan birmənalı olaraq, ATƏT-in monitorinq qrupundan imtina etməlidir. Monitorinq qrupunun üzvləri içərisində Ermənistana informasiya ötürən şəxslərin olması mümkündür. Və nəzərə alaq ki, ATƏT-in səhra köməkçiləri  ön xəttə göndərilir. ATƏT-in "Minsk qrupunun"  23 ildən artıqdır ki, həllinə nail ola bilmədiyi, adi olaraq,
 
Azərbaycan hərbçisinin dekabrın 29-dan qalan meyitini geri ala bilməyən bir qurumdan hər hansı bir ciddi nəticədə gözləməyə dəyməz. 

Azərbaycan hakimiyyəti hazırda ABŞ-ın yeni administrasiyasından münaqişənin tənzimlənməsi üçün  siyasətin nədən olacağını gözləyir. Rusiyanın hazırkı siyasəti, danışıqları dayandırıb və mümkünsüz bir nəticəyə gətirib. ABŞ-ın Cənubi Qafqaz siyasəti isə, yeni imkanlar aça bilər. Ağ Ev və Kreml arasında əlaqələrin normallaşması, Azərbaycanın bundan yararlanacağını gözləmək vaxt itkisidir.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az