Qarabağda yol tikintisi bu tarixdə başa çatacaq - Topaloğlu

Qarabağda yol tikintisi bu tarixdə başa çatacaq - Topaloğlu

Türkiyənin "Proyapı" şirkəti Qarabağda yol infrastrukturu tikintisinin yaxın üç il ərzində başa çatacağını gözləyir.

Miq.Az xəbər verir ki, bunu şirkətin layihə meneceri Volkan Topaloğlu Trend-ə açıqlamasında deyib.

Onun sözlərinə görə, "Proyapı" 20 ildir ki, fəaliyyət göstərir və bu müddət ərzində avtomobil və dəmiryolu nəqliyyatı sahəsində bir sıra layihələr reallaşdırıb:

"Hazırda biz Qarabağda layihələrin reallaşdırılmasında iştirak edirik. Artıq "Zəfər yolu"nun tikintisi başa çatıb. Eyni zamanda Əhmədbəyli-Füzuli-Şuşa avtomagistralının tikintisi davam edir. Biz həm də Xudafərin-Qubadlı-Laçın, Xanlıq-Qubadlı, Toğanalı-Kəlbəcər, Kəlbəcər-Laçın, Əhmədbəylli-Horadiz-Mincivan-Ağbənd avtomobil yollarının tikintisi çərçivəsində məsləhət və layihələndirmə xidmətləri göstəririk".

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az