"QARABAG"DAN MÖHTƏŞƏM TARİXİ QƏLƏBƏ

Avropa Liqasının "pley-off" mərhələsində baş tutan "Qarabağ" - "Yanq Boyz" matçı agdamlıların möhtəşəm qələbəsi ilə başa çatdı 3-0. Bunulada komandamız ardıcıl ikinci il Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmış oldu. 


Avropa Liqasının "pley-off" mərhələsində hazırda davam edən "Qarabağ" (Azərbaycan) - "Yanq Boyz" (İsveçrə) cavab matçı həmyerlilərimizin inamlı üstünlüyü ilə davam edir.  

Artiq başa çatmış birinci hissəsnin 4-cü dəqiqəsində rəqib komandanın müdafiəçisini meydandan qovan hakimin təyin etdiyi penaltini Riçard Almeyda uğurla yerinə yetirib. 43-cü dəqiqədə isə Reynaldo hesabı 2-0 edib.

Komandalar oyuna aşağıdakı tərkibdə çıxıblar:

"Qarabağ": İbrahim Şehiç, Qara Qarayev,  Rəşad Sadıqov (k), Riçard Almeyda, Ansi Aqolli, Dani Kintana, Bədavi Hüseynov, Reynaldo, Əfran İsmayılov, İlqar Qurbanov, Cavid Tağıyev

Ehtiyat oyunçular: Fərhad Vəliyev,  Elvin Yunuszadə, Vüqar Mustafayev, Raydell Puponu, Azər Salahlı, Namiq Yusifov, Coşqun Diniyev

"Yanq Boyz": Mvogo, Floren Haderqyonay, Milan Vilotiç, Von Bergen (k),  Skot Sutter, Leonardo Bertone, Miralem Süleymani,  Denis Zakariya,  Aleksandr Qonzalez, Yuya Kubo, Qiyom Oaro

Ehtiyat oyunçular: Marko Völfli, Rafael Nuzzolo,   Yan Lekyaks, Roçat, Haris Tabakoviç,  Samuel Afum, Milan Qayiç.

Modern.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az