“Qarabağ”ın oyununda israilli menecer

“Qarabağ”ın oyununda israilli menecer

"Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində keçirəcəyi "Yanq Boyz”la İsveçrədəki ilk oyunu idarə edəcək Alon Yefet 2002-ci ildən FİFA referisidir.

Vətəninfo.az-ın Apasport.az saytına istinadən məlumatına görə, sentyabrın 1-də 43 yaşını tamamlayacaq israilli hakimin əsl peşəsi marketinq sahəsi üzrə menecerlikdir.

 Hobbisi filmlərə baxmaq, səyahət etmək və basketbol oynamaq olan Yefet indiyədək komandalarımızın iştirakı ilə bir görüşdə iştirak edib. Ötən il Bakıya gələn Yefet sentyabrın 9-da AVRO-2016-nın seçmə mərhələsinin Azərbaycan – Bolqarıstan görüşündə fit çalıb.

 Bu qarşılaşmada qonaqlar 2:1 hesabı ilə qalib gəlib. İsrailli isə millimizin üzvlərinə 3, rəqiblərimizə isə 1 sarı vərəqə verib.

 Yefet "Yanq Boyz”un 3 qarşılaşmasında baş hakim olub. 2009-cu ildə isveçrəlilərin evdə "Atletik”ə (İaspniya) 1:2 hesabı ilə uduzmasına şahid olan referi qrup mərhələlərində "Yanq Boyz”un tarixi uğurlarını izləyib. 2010-cu ildə Almaniya "Ştutqart”ını 4:2 hesabı ilə yenən isveçrəlilər 2012-ci ildə Liverpulda eyniadlı komandadan xal alıb – 2:2.

 Sonuncu qarşılaşmada hər iki komandanı qırmızı vərəqə ilə cəzalandıran Yefet "Atletik”lə görüşdə İsveçrə klubunu azlıqda qoyub.

 Qeyd edək ki, avqustun 20-də keçiriləcək "Yanq Boyz” – "Qarabağ” qarşılaşmasında Yefetə Danni Krasikov, Mahmud Mahaqna və Ziv Adler kömək edəcək. Krasikov yığmamızın oyununda da yan xətt hakimi olmuşdu.

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az