Qaradağ Rayon İcra Hakimiyyətinin 2015-ci ilin birinci rübündə rayonun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan hesabat yığıncağı keçirildi

Qaradağ Rayon İcra Hakimiyyətinin 2015-ci ilin birinci rübündə rayonun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan hesabat yığıncağı keçirildi

Qaradağ Rayon İcra Hakimiyyətinin 2015-ci ilin birinci rübündə rayonun sosial-iqtisadi inkişafının yekunlarına və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 10 aprel 2015-ci il tarixli iclasındakı nitqindən irəli gələn vəzifələrə həsr olunan hesabat yığıncağı keçirildi.
Yığıncağın işində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Milli Məclisin üzvü Mixail Zabelin, Şuranın üzvləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, müəssisə rəhbərləri və rayon ictimaiyyəti iştirak edirdilər.
Yığıncaqdan öncə tədbirdə iştirak edən qonaqlar ümummilli lider Heydər Əliyevin büstü  önünə gül dəstələri qoydular.
Hesabat yığıncağında ilk öncə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 10 aprel 2015-ci ilin birinci rübündə sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının geniş nitqində ölkəmizin əldə etdiyini yüksək nailiyyətlərin fərəh və qürur verici olduğunu bildirdi. Qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə başlanmış islahatlar nəticəsində ölkəmizdə iqtisadi və siyasi sabitlik tam təmin edilmişdir.  Respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Bakı şəhərinin ən böyük rayonu olan Qaradağ rayonunun da hərtərəfli inkişafı üçün böyük işlər görüldüyünü və bu işlərin hazırda da uğurla davam etdirildiyini qeyd etdi.
Daha sonra Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov hesabat məruzəsi ilə çıxış etdi. Məruzədə qeyd olundu ki, ötən rübün yekunlarına əsasən rayon üzrə 150,5 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş, iqtisadiyyatın aparıcı sahəsini təşkil edən neft və qaz sənayesi müəssisələrində 129,5 min ton xam neft və 91,4 milyon kub metr təbii qaz hasil olunmuşdur. Rayon üzrə 421 min ton sement, 14,8 min ton mişar daşı  istehsal edilmiş, rabitə xidmətlərinin həcmi 585,7 min manat olmuşdur. Pərakəndə əmtəə dövriyyəsi 665,9 milyon manat, əhaliyə göstərilən pullu xidmətlər isə 38,5 milyon manat olmuşdur. Avtomobil nəqliyyatında fəaliyyət göstərən müəssisələr tərəfindən  239,6 min manatlıq xidmətlər göstərilmişdir.
Hesabat rübündə Ələt və Sahil qəsəbələrinin ümumillikdə 8234 nəfəri səyyar "ASAN xidmət"indən yaralanmışdır. Bundan başqa Qaradağ Rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi şöbəsi tərəfindən əvvəlcədən tərtib olunmuş qrafik əsasında hər həftənin şənbə günü bir qəsəbədə səyyar xidmət göstərir. Hesabat rübü ərzində Ələt, Qobustan, Müşfiqabad, Qızıldaş qəsəbələrində səyyar xidmət göstərərkən müraciət etmiş 945 nəfərə şəxsiyyət vəsiqəsi verilmişdir.
Əhalinin məşğulluğunu təmin etmək məqsədi ilə mütəmadi olaraq qəsəbələrdə səyyar əmək yarmarkaları keçirilir. Bundan əlavə BP-Azərbaycan Şirkətinin təşkilatçılığı ilə rayonumuzda həyata keçiriləcək yeni layihələrlə bağlı “Azfen”, “Tekfen” şirkətləri ilə birlikdə rayonda işə qəbulla əlaqədar mütəmadi tədbirlər keçirilir.
Rayonun Səngəçal qəsəbəsi ərazisində Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin  salınması üçün ümumi sahəsi 3850 hektar olmaqla, Qaradağ rayon ərazisindən 1875 hektar torpaq sahəsi ayrılmışdır. Bu kompleksdə 2000 nəfərə kimi işlə təmin olunacaqdır. Bütövlükdə ilin əvvəlindən rayonumuzda 352 yeni iş yeri açılmışdır.
Ötən rüb rayonun elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması üçün 1 ədəd yeni kompleks transformator məntəqəsi quraşdırılmış,  mövcud transformatorlara 120 kq yağ əlavə olunmuş, 3 min 360 metr müxtəlif diametrli kabel və hava xətləri çəkilmişdir.
Mövcud qaz təchizatının yaxşılaşdırılması, qaz təsərrüfatının təhlükəsiz istismarının təmin edilməsi məqsədi ilə müxtəlif diametrli 5 min 178 p/metr mövcud qaz xətti yenisi ilə əvəz edilmiş, 523 ədəd mexaniki qaz sayğacı dəyişdirilmişdir.
Cari qış mövsümündə rayon üzrə 10 saylı istilik sahəsi tərəfindən 101 bina, 10 orta məktəb, 4 uşaq bağçası və 3 səhiyyə müəssisəsi istiliklə təmin olunur.
Hesabat dövrü ərzində müxtəlif diametrli 200 metr yeni su xətti çəkilmiş, 1000 metrə yaxın su xətti isə dəyişdirilmişdir. 2014-2016-cı illəri əhatə edən müvafiq Dövlət Proqramına əsasən bu istiqamətdə işlər davam etdirilir.
Ölkəmiz bu il birinci Avropa Oyunlarına sahiblik edəcəkdir. Bu ərəfədə bu ilin birinci rübündə Qaradağ rayonunda abadlıq-quruculuq işləri daha geniş miqyasla aparılmaqdadır.
Hazırlıq işləri ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyəti başçısının  müvafiq sərəncamı və rayon ərazisində görüləcək işlərlə bağlı tədbirlər planı təsdiq edilmiş və I Avropa Oyunları ilə əlaqədar Qaradağ rayonunda görüləcək işlərin mütəşəkkilliyinin təşkil və ortaya çıxan məsələlərin operativ həllinin təmin olunması məqsədilə Qaradağ Rayon İcra Hakimiyyəti nəzdində qərargah yaradılmışdır.
Bu mötəbər beynəlxalq idman tədbirinə onlarla xarici ölkədən gələcək qonaqlar ölkəmizlə, o cümlədən rayonumuzla da tanış olacaqlar. Təsadüfi deyil ki, 16,5 km yol bu beynəlxalq idman yarışı iştirakçılarının hərəkət marşrutu üzərindədir. Bakı-Ələt (Astara) magistral avtomobil yolu və xüsusi ilə Qobustan Milli-Tarix Bədii Qoruğu gedən yolun abadlaşdırılması, yaşıllaşdırılması və əsaslı təmir işləri davam etdirilmişdir.
Bakı dairəvi yolunun Qurd Qapısı adlanan sahəsində məcburi köçkünlərin məskunlaşdığı yaşayış massivində yardımçı və təsərrüfat məqsədli tikililərin qarşısında 3 000 kv.metr istinad divarı hörülərək müasir fasad materialları ilə üzlənmişdir. Həmin hissənin qarşısında 4 500 kv.metr sahədə yaşıllıq zolağının salınması üçün hazırlıq işlərinə başlanılmışdır.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az