Qarpız belə olarsa, almayın - sizi öldürə bilər

Qarpız belə olarsa, almayın - sizi öldürə bilər
Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, qarpızdan zəhərlənənlərin sayı azalmır ki, azalmır. Yay süfrəsinin bəzəyi olan qarpız indi süfrələrin kabusuna çevrilib.
Dəfələrlə yazılıb-pozulmasına baxmayaraq zəhərlənmə hadisələri hər il yay boyu davam edir. Ən pisi də, bu halın illərdir davam etməsinə baxmayaraq, hələ də qarşısının alınması mümkün olmur.
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovla əlaqə saxladıq.
E. Hüseynov ATV.az-a bildirir ki, bu məsələ ilə bağlı cavabdeh ilk növbədə Kənd Təsərrüfatı Nazirliyidir. E. Hüseynov, məsələ ilə bağlı əhali arasıda maarifçiliyin az olmasını da bildirib.
"Kənd təsərrüfatı ilə məşğul olan adamlar bilmirlər ki, tərəvəzlərə meyvələrə nitratları, gübrəni nə qədər vermək lazımdır. Bu haqda bilikləri yoxdur. Buna görə də maarifləndirmə aparmaq lazımdır. Məhsul artıq yığılmağa başlayanda ekspertizalar aparılmalıdır”.
Eyyub Hüseynov bildirir ki, bununla yanaşı istehlakçıların bu məsələdə maarifçilik səviyyəsi çox aşağıdır.
Zəhərlənmək istəmirsinizsə, bunları unutmayın
"Əhali bilməlidir ki, Azərbaycanda ekoloji cəhətdən təmiz və orqanik qarpız 5-6 kilodan çox olmalı deyil. Əgər qarpız 6 kilodan böyükdürsə, deməli o gübrələnib, artıq zəhərlidir. Normal qarpızın qabığı yarım santimetrdən artıq olmamalıdır. İçi al qırmızı olmalıdır. Özəyi ən yeməli yeridir, orada ağ zolaqlar olmamalıdır. Bunlar hamısı onun gübrədən zəhərlənməsinin əlamətləridir. Qarpıza bıçaq vuran kimi partlamalıdır. Lakin bu məsələləri istehlakçılar zəif bilirlər. Ona görə də böyük qarpızlara üstünlük verilir. Əhali bilməlidir ki, qarpızda müəyyən miqdarda nitrat var. Hər bir insan gün ərzində 600 milliqramdan artıq nitrat qəbul edərsə, zəhərlənə bilər. Qarpızların kiloqramında nə qədər nitrat olduğunu ölçmüşük. Bir kiloqram qarpızda 350 milliqrama qədər nitrat olur. Belə çıxır ki, istehlakçı gün ərzində 2 kiloqramdan artıq qarpız yeyərsə, nitratın miqdarı 700 milliqramı keçir. Bu halda da zəhərlənmə qaçılmazdır. ona görə də normal şəraitdə yetişdirilən qarpızı gündə iki kiloqramdan az yemək lazımdır ki, zəhərlənmə olmasın”.
E. Hüseynov qeyd edib ki, hazırda Azad İstehlakçılar Birliyi bu işi gücləndirmək üçün nitritləri yoxlayan cihazı. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təhvil verib. "Cihazın kalibirasiyasının düz işləməsini tərtib etdikdən sonra geniş monitorinqlər aparacağıq”.- deyə bildirən E. Hüseynov istehlakçılar da bu barədə maarifli olmağa çağırıb.
 azadqadin.az
 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az