Hər il 10 milyon insan öləcək — Şok açıqlama

Hər il 10 milyon insan öləcək — Şok açıqlama
Avropa Klinik mikrobioloji xəstəliklər və infeksiya dərnəyinin rəhbəri qorxunc açıqlama verib.

 Professor Murad Akova 2050-ci ilə qədər dünyada hər il 10 milyon insanın infeksion xəstəliklərdən öləcəyini bildirib.

Türkiyəli professorun bu haqdakı yazısı İngiltərənin nüfuzlu "The Independent" qəzetində dərc olunub. (Ölkə.az)

İnsanlığın infeksion xəstəliklərlə mübarizədə yeni dövrə qədəm qoyduğunu bildirən Murat Akova indiki infeksion xəstəliklərlə 20 il öncəkilərin arasında böyük fərq olduğunu və köhnə xəstəliklərin və mikrobların şəkil dəyişdirərək başqa forma və xarakter aldığını deyib. O, qeyd edib ki, hazırkı antibiotiklərin çoxu müasir infeksiyalarla mübarizə apara bilmirlər.

Xatırladırıq ki, əsrimiz yadda "quş qripi", "donuz qripi", "kronvirus", "ebola", "inək quduzluğu" və digər infeksion xəstəliklərin tüğyan etməsi ilə yadda qalacaq. Son 10 ildə adı çəkilən infeksion xəstəliklərdən bütün dünyada milyonlarla insan ölüb.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az