Azərbaycan Ordusu -ən güclülər siyahısında
ABŞ Azərbaycan Ordusunu ən güclülər siyahısına saldı
Azərbaycan Macarıstan, Rumıniya, Çexiya, Malayziya kimi ölkələri qabaqlayıb.
Azərbaycan Ordusu dünyanın ən güclüləri siyahısına düşüb. Amerika nəşri olan "U.S. News and World Report" bu barədə məlumat yayıb.(ANS PRESS)
Reytinq siyahısı Azərbaycan dövlət başçısının da iştirak etdiyi Davos iqtisadi forumunda açıqlanıb. İlk üçlükdə ABŞ, Rusiya və Çin yer alıb.
ABŞ-ın hərbi xərcləri ümumdaxili məhsulun 3,5 faizini təşkil edir. İkinci olan Rusiyanın xərcləri 4,5 faizdir. İlk üçlüyü qapadan Çin isə 2,1 faiz göstəriciyə sahibdir. Onların ardınca Almaniya və Böyük Britaniya gəlir.
Azərbaycan siyahıda 38-cidir. Ölkəmiz Macarıstan, Rumıniya, Çexiya, Malayziya kimi ölkələri qabaqlayıb.

Azərbaycanın ən yaxın müttəfiqi olan Türkiyə də siyahıda qabaqcıl yerlərdən birini tutub. Qardaş ölkə 17-ci pillədə qərarlaşıb.
Reytinq cədvəli "BAV Consulting" və Pensilvaniya universitetinin əməkdaşlığı ilə hazırlanıb. Sosial sorğu 36 ölkədə aparılıb. Sorğuda minlərlə insan - sadə və biznes, elit təbəqədən olanlar iştirak edib.
Miq.az