Qarpız, əslində, belə kəsilirmiş - VİDEO
Qarpız yayın ən dadlı giləmeyvəsidir. Onun tərkibi su, fruktoza,
saxaroza, mikroelementlər və təbii sellülozdan ibarətdir. Fruktoza
qlükozadan fərqli olaraq, şəkərli diabet xəstəliyindən əziyyət çəkən
insanlara mənfi təsir etmir.
Qarpızı "təbii
sidikqovucu” adlandırırlar. O, insan orqanizmini daxildən sözün tam
mənasında "yuyur” və bu səbəbdən ürək, damar və oynaq xəstəliklərindən
əziyyət çəkən insanlara çox faydalıdır.
Qarpız şirəsi qaraciyərə orqanizmdən toksinləri yuyub aparmaqda kömək edir. Tumu isə bağırsaqları qurdlardan təmizləyir.
Bu
meyvənin tərkibində olan maqnezium böyrəklərdə daşların əmələ
gəlməsinin qarşısını alır, bağırsaqların fəaliyyətini yaxşılaşdırır,
qanda xolesterinin səviyyəsini azaltmağa kömək edir və ödqovucu təsirə
malikdir.
Qarpızda dəmir mikroelementi da var. Bu səbəbdən qarpız qanazlığından əziyyət çəkən insanlara yaxşı kömək edir.
Arıqlamaq
istəyənlər qorxmayaraq qarpız yeyə bilərlər. Qarpızda kalori az
olduğuna baxmayaraq, o, qısa zamanda insanda toxluq hissi yaradır.
Bütün
bu yaxşı xüsusiyyətlərə baxmayaraq, düzgün seçilməmiş qarpız insanın
səhhəti üçün əsl təhlükə ola bilər. Həmin təhlükə üçün isə qarpızın
yetişdirilmə prosesində zəmin hazırlanır. Belə ki, nitrat tərkibli
gübrələrdən tez-tez istifadə olunması nitratın meyvədə yığılması və
insanların, xüsusən də, uşaqların zəhərlənməsi ilə nəticələnir.
Qarpız seçərkən nələrə diqqət etməli?
Yaxşı qarpız gün şüalarının altında parıldayır.
Qarpızın
üzərində çatlar və əzilmiş yerlər olmamalıdır. Bu zədələnmiş yerlərdən
qarpıza təhlükəli mikroblar daxil ola bilər və bu mikroblar insanlarda
kəskin bağırsaq infeksiyaları törədə bilərlər.
Qarpızın sapı azca qurumuş olmalıdır, lakin tam quru olmamalıdır. Sapı olmayan qarpızı, ümumiyyətlə, almayın.
Qarpızın
üzərində sarı ləkənin olması onu sübut edir ki, qarpız tam və təbii
qaydalara uyğun yetişib. Əgər belə ləkə böyük olarsa, deməli, həmin
qarpıza gün şüaları çatmayıb, bunun dadı da yaxşı olmayacaq.
Qarpız seçərkən orta ölçüdə (5-7 kq.) qarpızlara üstünlük verin.
Qarpızı evə gətirdikdən sonra suya salın. Yaxşı dəymiş qarpız suyun üzərində üzəcək, dəyməmiş isə batacaq.
Necə doğramalı?
Qarpız Azərbaycanda yetişən meyvə olsa da, çoxları onun düzgün kəsilmə qaydasından xəbərsizdir.