Qarpız tumları - Əvəzolunmaz VİAQRA...
Əksər hallarda qarpız yedikdə biz qarpızın tumlarını tullayırıq.
Qarpız
tumları xalq təbabətində dəyərli müalicəvi məhsul sayılır və geniş
istifadə olunur. Qarpız tumları təzə, qurudulmuş və qızardılmış şəkildə
istifadə oluna bilər. Tumların qabığını soymaq və çeynəyib yemək
lazımdır.
- Qarpız tumları orqanizmdən sidik turşusunu xaric
edir və bu səbəbdən böyrək daşı xəstəliyi, podaqra, artrit zamanı
müalicəvi vasitə kimi çox uğurla istifadə olunur.
- Qarpız
tumlarının tərkibində olan sink və selen mineralları kişilər üçün
xüsusilə xeyirlidir. Belə hesab olunur ki, qarpız tumları kişi
orqanizminə "təbii viaqra" kimi təsir edir - potensiyanı (kişi gücü)
artırır. Həmçinin tumlar prostat vəzinin sağlamlığını qoruyur, spermanın
keyfiyyətini yaxşılaşdırır.
- Qarpız tumları insanın sinir sisteminə də müsbət təsir edir - sakitləşdirir, yuxunu yaxşılaşdırır.
- Qarpız tumları yaddaşı yaxşılaşdırır.
-
Qarpız tumları qurdqovucu təsirə malikdir. Xalq təbabətində balqabaq
tumları ilə yanaşı qarpız tumları da qurdqovucu vasitə kimi geniş
istifadə olunur.
- Qarpız tumları ürək üçün də faydalıdır.
Onların tərkibində "arginin" adlı aminturşusu var ki, bu aminturşusu
ürəyin işemik xəstəliyinin riskini azaldır, arterial təzyiqini
tənzimləyir.
- Qarpız tumalrı ürək və beyin damarlarının sağlamlığını qoruyan Omeqa-6 yağlı turşularla zəngindir.
- Tumlar bağırsaqları burada yığılan şlaklar, toksinlər və s. ziyanlı maddələrdən təmizləyir.
-
Xalq təbabətində qarpız tumlarından müalicəvi "qarpız südü"
hazırlayırlar. Bunun üçün təzə qarpız tumları həvəngdəstədə əzilir,
üzərinə soyuq qaynanmış su əlavə olunur (1:10 nisbətində - məsələn, 1
qaşıq tum + 10 qaşıq su) və 6-8 saat ərzində qaranlıq yerdə saxlanılır.
Daha sonra "süd" süzülür və sidik və ödqovucu və həmçinin qurdqovucu
vasitə kimi (enterobioz və askaridioz zamanı) istifadə olunur.
Bu
"süd" həmçinin kosmetik vasitə kimi dəridə səpgilər, piqment ləkələri,
çillər zamanı istifadə olunur. "Süd" gün ərzində bir neçə dəfə dərinin
problemli sahələrinə çəkilir.
moderator.az