“Qarşımızda duran məsələ Azərbaycanla sülh danışıqlarının başlanmasıdır” – PAŞİNYAN

“Qarşımızda duran məsələ Azərbaycanla sülh danışıqlarının başlanmasıdır” – PAŞİNYAN

"Gündəlikdə duran məsələ Azərbaycanla sülh müqaviləsi ilə bağlı danışıqların başlanmasıdır”.

Azpost.info bildirir ki, bu sözləri Baş naziri Nikol Paşinyan Ermənistanın BMT-yə üzvlüyünün 30 illiyi ilə bağlı keçirilən mərasimdə çıxışı zamanı deyib.

Paşinyan ölkəsinin qarşısında duran çağırışlara toxunub və bildirib ki, qarşıda duran məsələlərdən biri Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası və delimitasiyasıdır.

O həmçinin deyib ki, Ermənistan və Türkiyə arasında xüsusi nümayəndələr səviyyəsində dialoq başlanıb.

Bununla yanaşı Paşinyan vurğulayıb ki, əsas prioritet Qarabağ məsələsinin tənzimlənməsidir. Bu sırada o əsas vasitə kimi ATƏT-in Minsk Qrupunun adını çəkib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az