Qasırğalı külək Tokionun şərqində 83 evə ziyan vurub

Qasırğalı külək Tokionun şərqində 83 evə ziyan vurub

Tokionun şərqində yerləşən Çiba prefekturasında qasırğalı külək 3 nəfərin xəsarət almasına və 83-dək evə ziyan dəyməsinə səbəb olub.

Kyodo informasiya agentliyinin yaydığı məlumata görə, sentyabrın 6-da Çiba və Narita şəhərlərində küləyin sürətinin qısamüddətli kəskin artması qeydə alınıb.

Zərərçəkənlərin hamısı küləyin qəflətən güclənərək onları yerə yıxması nəticəsində xəsarət alıblar. Qasırğalı külək şəhər küçələrində ağır ticarət avtomat köşklərini yıxıb və evlərin damındakı örtükləri qoparıb. Tornadonun keçdiyi ərazidə dayanmış avtomobillərə də ziyan dəyib. Güclü külək şəhərətrafına gedən qatarlardan birinin pəncərə şüşələrini tamamilə sındırıb. Maşinistin dediyinə görə, güclü külək sanki bir anda qatarın yanından keçib. Zərərçəkən yoxdur.

Hazırda Baş Meteorologiya Agentliyinin əməkdaşları Çiba şəhərində qasırğalı küləyin yaranmasının səbəblərini aydınlaşdırırlar.

AZƏRTAC



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az