"Müzakirələr çox qızğın keçdi, nəzakətsiz çıxış etdim"
Belarusiya prezidenti Aleksandr Lukaşenko Rusiyanın dövlət başçısı Vladimir Putindən qaz mübahisəsinə görə üzr istəyib. İstiPress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, Belarus Rusiya qazını daha ucuz qiymətə almaq istəyib.
"Bu günki görüşün ev sahibindən üzr istəməli olduq. Müzakirələr çox qızğın keçmişdi. Yaxşı olar ki, siz bunu eşitməyəsiz", deyə iclasdan sonra Lukaşenko jurnalistlərə bildirib. Belarus lideri diskusiya zamanı nəzakətsiz çıxış etdiyini deyib.
Xatırladaq ki, Avrasiya Şurasının iclası Sankt Peterburqda keçirilir. Bu iclasda Lukaşenko bildirib ki, Rusiya qazının min kub metri belaruslu istehlakçılara 130, Smolenskdəkilər üçün isə 70 dollara başa gəlir. Putin isə deyib ki, əgər qazı bazar qiymətinə satsalar onda Belarusiya üçün də qiymət Almaniya qədər - 200 dollar olardı.
"Siz doğru deyirsiniz Vladimir Vladimiroviç. Ancaq bizim əsas partnyorumuz xoşbəxtlikdən ya bədbəxtlikdən Almaniya yox, Rusiyadır".
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL