Qazaxın 7 kəndi qaytarılır - Rusiyalı sərhədçilər Barxudarlıya yerləşdirildi

Qazaxın 7 kəndi qaytarılır - Rusiyalı sərhədçilər Barxudarlıya yerləşdirildi

Qazaxın işğal altındakı 7 kəndinin Azərbaycana qaytarılması prosesi davam edir.
 
Miq.Az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Əskipara kəndi yaxınlığında Rusiya sərhədçilərinin qurduğu postun ardınca, işğal altındakı Sofulu və Barxudarlı kəndlərinin yaxınlığında da ikinci post yaradılıb.
 
Bu barədə həmin kəndlərin qonşuluğunda yerləşən Azatamut qəsəbəsinin sakinləri məlumat verib.
 
Ermənistan mediası sərhəd postlarının yaradılmasını yaxınlarda həmin ərazilərin Azərbaycana qaytarılması ilə əlaqələndirir.(modern.az)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az