“Qəbələ” Futbol Akademiyasının U-15 komandası Litvanın paytaxtı Vilnüsdə keçirilən “Ateitis Cup 2014” beynəlxalq turnirində III yer uğrunda matça çıxıb.
Vətəninfo.az klubun saytına istinadən xəbər verir ki, turnirin B qrupunda 2-ci yeri tutan Mehman Yunusovun komandası A qrupunun ikincisi olan Belarus təmsilçisi BATE ilə görüşüb.
Maraqlı mübarizə şəraitində keçən matçın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında daha dəqiq olan belaruslular 10:9 hesabı ilə qalib gəliblər.
Beləliklə, “qırmızı-qaralar” yekunda 4-cü pillə ilə kifayətləniblər. Turnirin qalibi adını isə Litvanın Milli Futbol Akademiyası qazanıb. Turnirin təşkilatçısı olan “Ateitis” klubu 2-ci olub.
Qrup mərhələsində “Feniks” (Kaunas, Latviya) və “Orbita” (Belarus) üzərində eyni – 2:1, “Dinamo”nu (Kiyev, Ukrayna) 4:0 hesabı ilə məğlub edən “Qəbələ” “Minsk”lə (Belarus) 0:0 hesablı heç-heçə edib. Komandamız qrupdakı yeganə məğlubiyyətini turnirin qalibi olan Milli Futbol Akademiyası (Litva) ilə görüşdə alıb – 0:2.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib