"Hərə öz dünyasını təmizləsə, dünya özü təmizlənəcək"
"Dünyanı mənəvi çirklərindən necə təmizləyə bilərik?" sualı üzərinə bir neçə söz...
Hər gün artan ailədaxili zorakılıq xəbərlərini toplum artıq təssüf ki, adi hal kimi qarşılamağa başlayır... Əslində az insan anlayır ki, toplumda (və dünyada!) artan zorakılıq, mənəviyyatsızlıq ailələrdə artan zorakılıq, mənəviyyatsızlıq hallarından nə qədər acılıdır. Və ona qarşı sərt mübarizə aparmadan toplumdakı (və dünyadakı) zorakılığı (artan zorakılığı!), mənəviyyatsızlığı azaltmaq da mümkün deyil.
Bir böyük alimin başqa bir böyük alimdən – Əbu Musa Humasidən anlatdığı bu olay haqqında danışdığımız məsələyə o qədər gözəl aydınlıq gətirir ki..! Uzun sözün qısası, tələbələri həmin alimdən "Dünyanı mənəvi çirklərindən necə təmizləyə bilərik?" deyə soruşunca o, cavab yerinə Əbu Musa Humasinin yaşam öyküsünü anlatmaqla yetinir, sadəcə...Ozanlar demiş, biz də sizə anladaq, xoşbəxt olun. –
"Sizə öncə bir zamanlar Şamda yaşamış Əbu Musa Humasidən bəhs edim. Əbu Musa elmiylə hər kəsin rəğbətini qazanmışdı. Amma heç kim onun şəxsi yaşa¬mında yaxşı bir insan olub-olmadığını bilmirdi. Bir gün Əbu Musa və xanımı da evdə olduğu zaman baş verən zəlzələ ilə evləri dağılır. Qonşuları təmiz qəlblə, da¬ğıntılar arasından onları tapmağa çalışır. Sonucda, Əbu Musanın xanımını tapa bilirlər. Hələ də dağıntıların altında qalan qadın "Məndən narahat olmayın, mən yaxşıyam", - deyə qışqırırmış. "Öncə ərimi xilas edin, buralarda bir yerdə otururdu", - deyərək ərinin olduğu yeri göstərir. Qonşuları oranı qazdıqları zaman Əbu Musanı tapırlar. O da dağıntıların altında idi və o da xanımı kimi danışırdı: "Mən yaxşıyam, bir şeyim yoxdur. Öncə xanımımı xilas edin. Buralarda bir yerdə yatırdı".
Bax belə, kim Əbu Musa və xanımı kimi davranırsa, bütün dünyanı çirklərindən təmizləməyə başlamışdır deməkdir", - alim sözünü (cavabını) bitirir.
...Əziz oxucu, bizə düşən sualsa, bu olsa, gərək: Sən necə başladınmı?...