Qeyri-sabit hava neçə gün davam edəcək? - PROQNOZ

Qeyri-sabit hava neçə gün davam edəcək? - PROQNOZ
Azərbaycan ərazisində qeyri-sabit hava şəraitinin neçə gün davam edəcəyi açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova "Report”a açıqlamasında deyib ki, bu gün sutka ərzində ölkə ərazisində şimal-qərb küləyi əsəcək.
Onun sözlərinə görə, hazırda əsən küləyin martın 31-i gündüz saatlarından başlayaraq tədricən mülayimləşməsi gözlənilir: "Sabah ölkə ərzisində mülayim şimal-şərq küləyinin əsəcəyi gözlənilir".
Mütəxəssis bildirib ki, martın 30-31-də havanın temperaturu 5-10 dərəcə aşağı enəcək: "Bu gün və sabah hava şəraitinin paytaxt Bakıda dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sabah gündüz saatlarından başlayaraq havanın temperaturu nisbətən yüksəlməyə başlayacaq".
G.Məmmədova qeyd edib ki, aprelin 1-dən etibarən hava şəraiti sabitləşəcək.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az