Qeyri-sabit hava şəraiti mayın 15-dək davam edəcək

Qeyri-sabit hava şəraiti mayın 15-dək davam edəcək
 Azərbaycan ərazisində növbəti günlərdə müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova "Report”a açıqlamasında deyib ki, hazırda bəzi rayonlarda qeyri-sabit hava şəraiti müşahidə olunur: "Qeyri-sabit hava şəraitinin may ayının 15-dək davam edəcəyi gözlənilir. Rayonlarda şimşək çaxacaq, arabir yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq".
Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında da hava şəraiti dəyişkən buludlu olacaq: "Səhər saatlarında yarımadanın bəzi yerlərində çiskin olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu 20-25 dərəcə arası dəyişəcəyi gözlənilir".
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az