Qəzada ölən gəncin xanımına son mesajı – Video

Qəzada ölən gəncin xanımına son mesajı – Video

Tu-154 təyyarəsində qəzaya düşən Müdafiə Nazirliyinin Aleksandrov adına mahnı və rəqs ansablının əməkdaşı Dmitri Litvyakov qəza anında həyat yoldaşına yazdığı mesajı yayılıb.

Axar.az "Life.ru”ya istinadla xəbər verir ki, D.Litvyakovun xanımı Valentina bir ay əvvəl bu səfərin planlaşdırıldığını deyib. Ansamblın bəzi üzvləri bu səfərə ehtiyat ediblər, Suriyaya getməyin təhlükəli olduğunu bildiriblər. Ancaq hərbi əmr olduğundan, təbii ki, heç kəs etiraz etməyib.

Gecə 5:12-də Dmitri Soçidən mesaj yazıb: "Biz Soçidə yanacaq doldurduq. Artıq ora gedirik. Sizi sevirəm”.

Saat 5:45-də təyyarə qəzaya düşüb.

Dmitri Litvyakovun Matvey adlı bir azyaşlı oğlu var.
[video=http:// ]
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az