Qəzadan öncə təyyarədə sərnişin necə yaralanıb?

Qəzadan öncə təyyarədə sərnişin necə yaralanıb?
Dünən AZAL-a məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasından əvvəl göyərtədən çəkilən görüntülər diqqət cəlb edib.

Axar.az xəbər verir ki, görüntülərdə qadın sərnişinin ayağından yaralandığı, yerdə qan izləri aydın görünür.

Hətta oturacaqların birində də zədə izləri kadrda əks olunub.

Qadının necə, hansı şəraitdə zədələndiyi bəlli deyil. Bu isə kənar müdaxilə nəticəsində təyyarəyə yad cisim (qəlpə) daxil olduğu haqda ehtimalları gücləndirir.

Qəzadan dərhal sonra xilasetmə işləri zamanı çəkilən görüntülərdə yenə həmin qadın yer alır və bu dəfə ayağı sarıqlı şəkildə. Görünür ki, qəzadan əvvəl qadına təyyarədə ilkin tibbi yardım göstərilib


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az