Qırğızıstanın Baş Müftisi Şeyxə təşəkkür etdi

Qırğızıstanın Baş Müftisi Şeyxə təşəkkür etdi

Məlum olduğu kimi, Qafqaz Müsəlmanları İdarəsinin Həcc missiyası Səudiyyə Ərəbistanı Krallığı Həcc və Ümrə Nazirliyinin yüksək mükafatı ilə təltif edilib. QMİ Həcc missiyası builki Həcc mövsümü ilə bağlı hazırlıq və elektron sənədləşmə işlərini yüksək səviyyədə yerinə yetirdiyinə görə bu mükafata layiq görülüb.

QMİ Həcc missiyası bu sahədəki zəngin təcrübəsini ziyarət mövsümündə digər türkdilli ölkələrin dini mərkəzləri ilə bölüşüb, elektron sənədləşmə işləri ilə bağlı məsləhətlərini əsirgəməyib. Qırğızıstan Respublikası Müsəlmanları Ruhani İdarəsinin rəhbəri, Baş Müfti Zamir Rakiyev Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadəyə göndərdiyi məktubda da göstərilən köməyə görə təşəkkür edilib.

Baş Müfti məktubunda QMİ Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sistemi məsulu Vüsal Cahangiriyə Həcc mövsümünə hazırlıq və elektron sənədləşmə işlərinin tətbiqinə göstərdiyi yardım üçün minnətdarlığını bildirib.
 

Miq.Az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az