Erkən diaqnozun önəm daşıdığı QİÇS-in ilk əlamətləri ağızda üzə çıxır. Bu xəstəliyin ən vacib əlamətləri isə tez-tez təkrarlanan damaq qanamaları, diş əti iltihabı və periodontal xəstəliklərdir.
QİÇS, təəssüf ki, hələ də müalicəsi mümkünsüz olan bir xəstəlik kimi qalır. Hər il bu xəstəlikdən ölənlərin sayı artmaqdadır. Dünya Sağlamlıq Təşkilatının (World Health Organisation-WHO) verdiyi hesabata görə, hər 10 dəqiqədə bir nəfər QİÇS-ə yoluxur. Bu xəstəlik dünyada 40 milyondan çox insana yoluxub və 25 milyon adam QİÇS-dən dünyasını dəyişib.
Bədəndən tamamilə təmizlənməsi mümkün olmadığına görə bu xəstəliyi yaradan viruslar daim aktiv olur və ilk fürsətdə ətrafdakı insanlara yoluxur.
Hər xəstəlikdə olduğu kimi QİÇS-də də erkən diaqnoz mühüm əhəmiyyət kəsb edir. QİÇS 1 ildən 11 ilə qədər səssiz qala bilir. Bu dövrdə heç bir əlamət göstərmədiyi qəbul edilsə də, HİV infeksiyasının ilkin göstəriciləri ağızda meydana gəlir. Ən çox müşahidə olunan əlamət ağızda göbələk (oral candidiasis) infeksiyasıdır. Oral göbələk ilkin olaraq nəzərə çarpacaq dərəcədə böyüyən görünüşü ilə və udqunmada problemlər yaratmaqla xəstəni narahat edir.
axar.az
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?