"Qiyamətin xəbərçisi" olan müharibə başladı? - O şəhərə hücuma keçdilər...


Türkiyənin fəal dəstək verdiyi Azad Suriya Ordusu İŞİD terrorçularına qarşı növbəti irimiqyaslı əməliyyata başlayıb.

 "Röyters" agentliyinə istinadən verilən xəbərə görə, hərbçilər Suriyanın Dabıq qəsəbəsi istiqamətində hücuma keçib. Bildirilir ki, qəsəbə strateji önəm daşımasa da, İŞİD üçün simvolik əhəmiyyət kəsb edir.

Terrorçuların inancına görə, Dabıq qəsəbəsi kafirlərlə müsəlmanlar arasında müharibənin baş verəcəyi yerdir. İŞİD bu müharibənin qiyamətin xəbərçisi olduğuna inanır.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az