Qiymətlər bu gün də qalxdı-Bahalaşma
Paytaxtın iri ticarət mərkəzlərindən bir neçəsində bu gün qiymətlər yenidən qalxıb. Hazırda Əcəmi metrosuna yaxın ərazidə yerləşən topdansatış mərkəzlərindən birində bəzi məhsulların satışı dayandırılıb.
Həmin topdan satış mərkəzindən aliş-veriş etmək istəyən Kəbir Əhmədov adlı oxucumuzun MİQ.az-a verdiyi məlumata görə həmin topdansatış mağazasında "Azərsun” firmasının bəzi məhsullarının satışı dayandırılıb.
Digər topdansatış mərkəzinin alıcısı İlqar Əhlimanovun da Miq.az-a verdiyi məlumatda isə bəzi marketlərdə siqaret satışının dayandırıldığı, bəzi marketlərdə isə qiymətlərin bahalaşdırıldğı bildirilir. İlqar Əhlimanovun sözlərinə görə, "Azərsun” firmasının bəzi məhsulları, xüsusən də günəbaxan yağlarında kəskin bahalaşma var.
Bəzi dükan sahiblərinin dediyinə görə firmalar siqaretin satışını, Azərsun firması isə yağ məhsullarının satışını dayandırdığı üçün topdansatış mərkəzlərində qıtlıq yaranıb.
Miq.az