“Qızıl Aypara” Cəmiyyəti nazirliyin hesabatına münasibət bildirdi

“Qızıl Aypara” Cəmiyyəti nazirliyin hesabatına münasibət bildirdi

Bu gün Azərbaycanda Maliyyə Nazirliyinə maliyyə hesabatı verməyən QHT-lərin adları açıqlanıb. Siyahıda adı çəkilən, prezidenti millət vəkili Novruz Aslan olan Azərbaycan “Qızıl Aypara” Cəmiyyəti məsələyə münasibət bildirib. “Qızıl Aypara” Cəmiyyətinin aparat rəhbəri Rövşən Əliyev “Vətəninfo.az”-a bildirib ki, təmsil etdiyi təşkilat maliyyə hesabatlarını vaxtı-vaxtında təqdim edib:

“Biz hesabatları heç vaxt gecikdirməmişik. Sonuncu hesabatı da təqdim etmişik. Lakin nazirlikdən bizə bildirdilər ki, hesabatı yeni formada təqdim etməliyik və köhnə formanı qəbul etmədilər. Hazırda yeni formada hesabat hazırlayırıq, yaxın günlərdə təqdim edəcəyik”

Qeyd edək ki, açıqladığı QHT-lərin siyashısı aşağıdakı kimidir:

“Azərbaycan Dil Qurumu» İctimai Birliyi

Azərbaycan Respublikası «Qızıl Aypara» Cəmiyyəti

Azərbaycan Yazıçılar Birliyi

Azərbaycan Teatr Xadimləri İttifaqı

Qarabağ Regional Futbol Federasiyası

“ABU” İdman Klubu ictimai birliyi

Azərbaycan Ədəbiyyat Fondu

Azərbaycanda Rus İcması

Azərbaycan Yaşıllar Cəmiyyəti

“Neftçi” Könüllü İdman Cəmiyyəti

Azərbaycan Memarlar İttifaqı

Azərbaycan Menecerlər İttifaqı

Azərbaycan Bəstəkarlar İttifaqı

Azərbaycan Respublikası Velosiped İdmanı Federasiyası

Azərbaycan Respublikası Dama Federasiyası

Azərbaycan Respublikası Həndbol Federasiyası

Azərbaycan Respublikası Yüngül Atletika Federasiyası

“Azərbaycan-Türk Sənayeçi və İş Adamları Beynəlxalq Cəmiyyəti” (TÜSİAB)

Həmçinin, Siyahıda müxtəlif beynəlxalq təşkilatların Azərbaycan nümayəndəliklərinin, o cümlədən İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi, Türkiyə Respublikasının Qızıl Aypara Cəmiyyətinin nümayəndəliyi, Amerika Birləşmiş Ştatlarının «Açıq Cəmiyyət» İnstitutu Xeyriyyə Etibar Fondunun Azərbaycan Respublikası Bakı şəhərində filialı, Səudiyyə Ərəbistanın “Beynəlxalq İslam Nicat Təşkilatı”nın nümayəndəliyinin adı var.

Oral Mədənçi



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az