"Qızım da deputat ola bilər" - Fəzail Ağamalı


Sosial şəbəkələrdə deputat Fəzail Ağamalının qızı Günay Ağamalının parlament seçkilərdə iştirak edib, deputat olacağına dair söhbətlər dolaşır.

 

Bu fikir nə dərəcədə doğrudur?

 

Lent.az-a açıqlama verən deputat Fəzail Ağamalı bildirib ki, bu söhbətdən xəbəri yoxdur.


"İlk dəfə sizdən eşitdim. Hər halda belə bir şey olsa, birinci mən bilərdim. Ailəmizdə belə bir məsələ müzakirə olunmayıb, müzakirə predmeti deyil. Görünür qızımın sosial şəbəkələrdə fəallığı dəyərli soydaşlarımızda belə güman yaradıb. Lakin birmənalı olaraq, "yox”, "ola bilməz” deyə bilmərəm. Qızımın 41 yaşı var. Bütün Azərbaycan vətəndaşları kimi, onun da deputat seçilmək hüququ var, "olmaz” demək onun hüquqlarını tapdalamaq demək olardı. Seçkilərin keçirilməsinə hələ çox var. Qızım tərəfdən belə bir təşəbbüs irəli sürülməyib”, - deyə o bildirib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az