Vətəninfo.az-ın APA-ya istinadən verdiyi məlumata görə, xəbərdarlıq ziyarətə getmək istəyən zəvvarlardan İdarədən başqa sənəd qəbulu aparanlarla bağlıdır. Xəbərdarlıqda bildirilir ki, Həcc və Ümrə ziyarətlərinə sənəd qəbul etməklə bağlı QMİ-dən başqa heç bir qurum səlahiyyətli deyil. Hər hansı başqa quruma sənəd təqdim edərək onların vasitəçiliyi ilə ziyarətə getmək istəyənlərlə bağlı yaranacaq anlaşılmazlıqlara görə QMİ məsuliyyət daşımır.
Qeyd edək ki, bu il Həcc ziyarəti
ilə bağlı sənəd qəbulu Azərbaycanda martın 11-də başlayıb, ziyarətə
səfər sentyabrın 11-də başlayacaq. Əvvəlki illərdən fərqli olaraq, sənəd
qəbulunun vaxtı bu ayın sonuna kimi uzadılıb. Hər il olduğu kimi, bu il
də zəvvarlara ziyarət iki formada təklif olunur. Daha yaxşı şəraitli
hotellərdə qalmaq, yeməklərlə təmin olunmaq, o cümlədən hotellərdə 4
nəfərlik otaqlarda yerləşdirmə xərci 5750 dollar, nisbətən ucuz, 6
nəfərlik hotellərdə qalmaq üçün təklif olunan variant isə 4700
dollardır. Zəvvarlardan sənəd qəbulu üçün pasport, şəxsiyyət
vəsiqəsinin surəti, 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil və sağlamlıq haqqında
arayış tələb olunur. Sənədlərin qəbulu yalnız QMİ-də aparılır. Yaxın
Şərqdə baş verən hadisələrlə əlaqədar ziyarət yalnız təyyarə ilə baş
tutacaq. Uçuşları AZAL həyata keçirəcək. Bu il ilk dəfə olaraq ziyarət
xərcləri ABŞ dolları ilə aparılır.
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?
"Azərbaycan Ermənistanın yolu ilə gedir, sonu yaxşı olmayacaq" - Rusiyadan HƏDƏ
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər